Baş səhifə
Xəbərlər
Akademiya
Akademiyanın rəis müavini Araz Aslanlı Çankaya Universitetinin təşkil etdiyi konfransda məruzə edib

Akademiyanın rəis müavini Araz Aslanlı Çankaya Universitetinin təşkil etdiyi konfransda məruzə edib

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini Araz Aslanlı Türkiyənin Çankaya Universiteti tərəfindən onlayn qaydada təşkil edilən “Qarabağ: 44 günlük müharibənin səbəb və nəticələri” adlı konfransda əsas məruzəçi kimi çıxış edib.

Araz Aslanlı əvvəlcə münaqişənin tarixi haqqında məlumat verib, daha sonra beynəlxalq hüquq baxımından məsələnin mahiyyəti və uzun illər həllsiz qalmasının səbəbləri barədə danışıb. Konfransda xüsusi olaraq 44 günlük Vətən müharibəsinin səbəb və nəticələri təhlil edilib.

Məruzədən sonra Çankaya Universitetinin müəllim və tələbələrinin sualları cavablandırılıb.